AZAL ilk “altılıq”da, “Xəzər Lənkəran” xal itirdi - YENİLƏNİB
19.11.2011 - 18:23
AZAL ilk “altılıq”da, “Xəzər Lənkəran” xal itirdi - YENİLƏNİB
Milli komandamızın yoldaşlıq görüşləri ilə əlaqədar Premyer Liqada 2 həftəlik fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün XIII turun 3 oyunu keçirilib. Bu oyunlardan biri Bakı, ikisi əyalətdə baş tutub.

Baş məşqçi istefasından sonra özünə gələn AZAL ardıcıl 2-ci qələbəsini qazanıb. “Təyyarəçilər” bu dəfə “Kəpəz”i xalsız qoyub – 2:0. Bu qələbə ilə bakılılar ilk “altılığ”a daxil olub. “Simurq” isə növbəti qələbəsini qazanmaqla “Sumqayıt Şəhər”in uğurlu seriyasını dayandırıb.

Günün ən maraqlı qarşılaşması Lənkəranda keçirilib. Çempionatın lideri “Xəzər Lənkəran” “Neftçi”yə 0:5 hesablı məğlubiyyətdən sonra ilk matçına çıxıb. Mirça Rednikin yetirmələri paytaxtın digər təmsilçisi, Premyer Liqanın debütantı “Rəvan”la görüşdə də çətinliklə üzləşərək xal itirib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.


19 noyabr


AZAL – “Kəpəz” - 2:0
QOLLAR: Bronislav Arsenyeviç, 38, Tales Şütz, 59
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Bakı. “AZAL Arena” stadionu.
İlk dövrədəki oyun – 1:1.
Bakıdakı oyunların balansı: 2 oyun: +1=1-0 (1-0).
2005/06 – 1:0, 2010/11 – 0:0.

“Simurq” – “Sumqayıt Şəhər” -1:0
QOL: Robertas Poşkus, 82
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Elşən Acalov, Rauf Cabbarov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 1:0.
Zaqatalada ilk dəfə görüşəcəklər.

“Xəzər Lənkəran” – “Rəvan” - 1:1
QOL: Rahid Əmirquliyev, 89 - Kristian Torres, 90
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Rahil Ramazanov, Anar Göyçayski.
Lənkəran. Şəhər mərkəzi stadionu.
İlk oyun – 1:1.
Lənkəranda ilk dəfə görüşəcəklər.

 Komanda O Q H M Qollar Xallar
1 Xəzər Lənkəran 13 8 3 2 18-13 27
2 Neftçi 12 8 1 3 21-9 25
3 İnter 12 7 3 2 11-7 24
4 Qarabağ 12 6 2 4 16-12 20
5 Bakı 12 5 4 3 15-11 19
6 AZAL 13 4 4 5 17-16 16
7 Simurq 13 4 3 6 11-13 15
8 Rəvan 13 3 6 4 16-17 15
9 Qəbələ 12 4 3 5 12-16 15
10 Kəpəz 13 3 3 7 16-22 12
11 Turan 12 3 1 8 8-15 10
12 Sumqayıt Şəhər 13 2 3 8 7-17 9


Bombardir: Bahodir Nasimov (Neftçi) - 6.