Böyükağa Hacıyev: 2 istedadlı futbolçunu itirməyimiz məni üzür
18.11.2011 - 18:19
"Neftçi" klubunun futbolçuları - Mirhüseyn Seyidov və Cavid İmamverdiyev Azərbaycanın U-21 yığma komandasının düşərgəsindən zədəli dönüblər. Apasport.az saytının məlumatına görə, onların Premyer Liqanın XIII turunun "Qəbələ" ilə oyununda iştirakı sual altındadır.
Baş məşqçi Böyükağa Hacıyev bununla bağlı klubun saytına fikirlərini bildirib: "Biz Azərbaycanın əsas və müxtəlif yaş qrupları üzrə milli komandalarına hər zaman futbolçu verməyə hazırıq və bunun üçün çalışırıq. "Qəbələ" kimi ciddi rəqiblə oyundan əvvəl iki gənc istedadlı futbolçumuzu itirməyimiz məni üzür. Təbii ki, onların meydanda olmaması bizim üçün itki sayıla bilər".
Qeyd edək ki, zədəli futbolçular təcrübəli həkimlərin nəzarəti altında müalicə olunurlar.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0