UEFA Mahir Şükürovun oynamasına qadağa qoydu!
18.11.2011 - 18:25
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun dopinqdən istifadə etdiyi təsdiqlənib. Bu haqda apasport.az saytına 29 yaşlı müdafiəçinin formasını geyindiyi “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov məlumat verib.
O bildirib ki, bununla bağlı UEFA klubun ofisinə faks göndərib: “Faksda göstərilib ki, Türkiyə yığması ilə rəsmi oyundan sonra dopinq-test verən Mahirin qanından istifadəsi qadağan olan dərman preparatı aşkarlanıb. Ancaq bu, ilkin nəticədir və UEFA araşdırmanı davam etdirir. Şükürov bu müddətdə heç rəsmi oyunda iştirak edə bilməz. Bu isə o deməkdir ki, Mahir “Neftçi” ilə qarşıdakı oyunda meydana çıxmayacaq. Ümumiyyətlə, Şükürov UEFA yekun qərar çıxarana qədər oynaya bilməz”.
Qeyd edək ki, araşdırmalarını yekunlaşdırandan sonra UEFA-nın futbolçumuza uzun müddətli cəza verəcəyi gözlənilir.
Mehman SÜLEYMANOV

0
0