“Barselona” ilə Azərbaycan çempionunun fərqi
19.11.2011 - 10:15
“Barselona” ilə Azərbaycan çempionunun fərqi
Futzal üzrə UEFA kubokunun elit raundunda II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın çıxış etdiyi B qrupunda turun son matçında İspaniya “Barselona”sı ilə Hollandiya “Eyndhoven”i üz-üzə gəlib. Meydan sahibi olan kataloniyalılar rəqibinə şans verməyib – 4:0. İspanların bu qələbəsi onları final mərhələsinə daha da yaxınlaşdırıb. “Araz” isə son matçında mütləq “Barselona”nı məğlub etməlidir. Əks halda I yer və final mərhələsi arzularının üstündən xətt çəkiləcək. Son turda çexiyalıların da qələbə qazanacağı halda isə “Araz” “Barselona”ya ən azı 3 top fərqi ilə qalib gəlməli olacaq.

1Barselona220010-06
2Era-Park Xrudim21014-93
3Araz21018-73
4Eyndhoven20023-90
0