Avropaya əlvida
19.11.2011 - 10:31
Azərbaycan milli komandasının üzvü Serjao şərəfini qoruduğu Ukraynanın “Uraqan” klubunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, braziliyalı legionerimiz futzal üzrə UEFA kubokunun elit raundunun II turunda meydana çıxıb.
Serjaonun komandası İtaliyanın “Marka” klubu ilə görüşüb. Qarşılaşma italiyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb. 18-ci dəqiqədə qol sevinci yaşayan yığmamızın üzvü 40-cı dəqiqədə penalti şansını qaçırıb.
İlk turda “Montesilvano” ilə 1:1 hesablı heç-heçə edən “Uraqan” sonuncu turun nəticəsindən asılı olmayaraq final mərhələsinə yüksəlmək şansını qaçırıb. Millimizin digər legioneri – “Uraqan”ın oynayan seleksiyaçı məşqçisi Biro Jade isə ilk görüşdəki kimi yenə heyətə daxil edilməyib.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0