“Araz” qeyri-dəqiqliyin qurbanı oldu
19.11.2011 - 12:00
Futzal üzrə UEFA kubokunun elit mərhələsinin II turunun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz” mübarizə apardığı İspaniyanın Barselona şəhərində keçirdiyi 2-ci görüşdə rəqibindən üstün olsa da Çexiya “Era-Park Xrudim”inə uduzub. Komandamızı bu matçda qeyri-dəqiqlik pis vəziyyətdə qoyub. Belə ki, qapı istiqamətində daha çox zərbə endirən Azərbaycan çempionu künc zərbələrində də üstün olub. Rəqibin daha çox qayda pozması da bundan xəbər verir. Lakin qapıya dəqiq zərbələrdəki üstünlük çexiyalıların tərəfində olub və hesabda da əksini tapıb – 4:3.
| Era-Park Xrudim | Araz | |
|---|---|---|
| 4 | Qollar | 3 |
| 15 | Çərçivəyə zərbələr | 12 |
| 13 | Qeyri-dəqiq zərbələr | 17 |
| 28 | Ümumi zərbələr | 29 |
| 7 | Künc zərbələri | 10 |
| 8 | Qayda pozuntuları | 4 |
| 0 | Sarı vərəqələr | 0 |
| 0 | Qırmızı vərəqələr | 0 |
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0