Runi və Messi 1 qadına qarşı
19.11.2011 - 11:00
Runi və Messi 1 qadına qarşı
FİFA ilin ən yaxşı qolu üçün təsis olunan Ferens Puşkaş mükafatına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2011-ci ilin ən gözəl qolu olmağa namizədlər sırasında 8 kişi, 1 gənc və 1 qadın komandasının üzvü var. Qadınla rəqabət aparanlar arasında Lionel Messi vəUeyn Runi kimi ulduzlar da var.

Azarkeşlər dekabrın 5-ə qədər FİFA-nın rəsmi saytı vasitəsilə səsvermədə iştirak edə bilər. Bundan sonra 3 nəfərlik siyahı açıqlanacaq.

Qeyd edək ki, 3-cü dəfə veriləcək mükafatı əvvəlki illərdə alan Kriştianu Ronaldo və Hamit Altıntop bu dəfə heç 10-luğa düşməyiblər.

1. Bencamen de Selar ("Lokeren" - "Brügge")
2. Covani Dos Santos (Meksika - ABŞ)
3. Ueyn Runi ("Mançester Yunayted" - "Mançester Siti")
4. Deyan Stankoviç ("İnter" - "Şalke")
5. Xulio Qomes (Meksika – Almaniya, gənclər yığmaları)
6. Lionel Messi ("Barselona" - "Arsenal")
7. Zlatan İbrahimoviç ("Leççe" - "Milan")
8. Xiter Orili (ABŞ – Kolumbiya, qadınlar)
9. Neymar ("Santos" - "Flamenqo")
10. Lisandro Lopes ("Olimpo" - "Arsenal")
0