10-a çatdı, sona yaxınlaşdı
19.11.2011 - 12:39
10-a çatdı, sona yaxınlaşdı
Azərbaycan çempionu “Araz”ın futzal üzrə UEFA kubokunun elit mərhələsinin II turunda aldığı məğlubiyyət yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu məğlubiyyət Naxçıvan təmsilçisinin avrokubokda 10-cu yenilgisi olub. Belə ki, Çexiyanın “Era-Park Xrudim” klubu ilə görüşədək “Araz” 9 dəfə meydanı xalsız tərk etmişdi. Bu dəfə 3:4 hesabına üzülən komandamız UEFA kubokundakı 34 matçda 10 məğlubiyyətlə yanaşı 19 qələbə və 5 heç-heçəyə də imza atıb. Futzalçılarımız 140 qol vurub və öz qapılarından 88 top buraxıb. Amadeunun 34-cü dəqiqədəki qolu naxçıvanlıların bu yarışda 140-cı qolu olub.

Qeyd edək ki, 10-cü məğlubiyyət təmsilçimizin növbəti mərhələ şanslarını minimuma endirib. Çexiyalılara yenilgi “Araz” üçün avrokubok mövsümünü sona yaxınlaşdırıb. Çünki futzalçılarımızın qrup qalibi olması artıq möcüzəyə bağldır.
0