Rusiya SSRİ çempionatını bərpa etmək istəyir
19.11.2011 - 12:56
Rusiya SSRİ çempionatını bərpa etmək istəyir
Rusiya Futbol İttifaqının (RFS) prezidenti Sergey Fursenko maraqlı ideya irəli sürüb.Lent.az-ın məlumatına görə, Fursenko “bobsoccer.ru”ya müsahibəsində keçmiş SSRİ respublikalarının gənclərdən ibarət komandaları arasında vahid çempionat keçirmək istədiklərini bəyan edib. Onun fikrincə, belə turniri böyüklər arasında təşkil etmək çox çətindir. Amma gənclərin iştirakı ilə bu, mümkündür. Fursenko yarışın mümkün formatını da açıqlayıb: “Rusiya Premyer Liqasından 8 komanda, üstəgəl digər ölkələr. Əlbəttə, bu, xərc tələb edən tədbirdir. Lakin stol arxasında oturmaq və başlanğıc üçün hər şeyi sakitcə hesablamaq lazımdır”.

Qeyd edək ki, RFS-in 1993-cü ilin yanvarından etibarən keçmiş SSRİ respublikalarının komandaları arasında keçirdiyi “Birlik Kuboku” get-gedə iflasa uğrayıb. 2010-2011-ci il mövsümündə Azərbaycan çempionu olan “Neftçi” 2012-ci ilin yanvarında baş tutacaq turnirə yollanmayacaq.
0