Ruslar Vaqif Cavadovun “Volqa”da oynamasına problem yaradırlar
19.11.2011 - 13:36
Futbol üzrə Azərbaycan milli komandasından 1 il müddətinə kənarlaşdırılan Vaqif Cavadovun Rusiyanın “Volqa” klubunda çıxışında problem yarana bilər. Lent.az-ın məlumatına görə, Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko “bobsoccer.ru”ya müsahibəsində 2012-ci ilin yayından Rusiya yığmasında çıxış edə bilməyən bütün əcnəbilərin legioner statusu daşıyacaqlarını söyləyib.
O bildirib ki, hətta iki pasportu olanlar da artıq yerli oyunçu statusu ilə çıxış edə bilməyəcəklər: “Bizim keçmiş SSRİ respublikalarından heç biri ilə ikili vətəndaşlıq haqqında müqaviləmiz yoxdur. Səhv etmirəmsə, Tacikistandan başqa. Amma bu ölkənin futbolçuları Rusiya çempionatında yoxdur”.
Qeyd edək ki, Vaqif Cavadov hazırda Rusiya pasportuna da malik olduğundan, “Volqa”nın heyətində legioner sayılmır. Digər tərəfdən, Moskva “Spartak”ında çıxış edən həmyerlimiz Emin Mahmudov Azərbaycan yığmasının təklifini qəbul edərsə, legioner hesab olunacaq. Hazırda Rusiya Premyer Liqasında komandaların start heyətində 6 əcnəbi, 5 yerli futbolçu çıxış edə bilər.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0