“Sadıqovun da olmamağı bizim üçün böyük itkidir”
19.11.2011 - 13:54
“Sadıqovun da olmamağı bizim üçün böyük itkidir”
“İnter”lə oyunun necə çətin olacağını qeyd etməyə ehtiyac yoxdur. Rəqibimiz güc futboluna üstünlük verir. 90 dəqiqə meydanda ancaq mübarizə olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

Gənc futbolçu klubun saytına açıqlamasında Premyer Liqanın XIII turunun “İnter”lə qarşılaşması haqda fikirlərini açıqlayıb: “İnter” cari mövsüm eyni zamanda baxımlılığa görə də artırıb. Artıq bir neçə yerli gənc də meydana çıxır. İlk oyunumuzda “İnter”i məğlub etsək də, bakılılar da yaxşı təsir bağışlamışdı. Sabahkı oyunda “İnter” ev sahibi kimi qələbə qazanmaq istəyəcək. Milli oyunlarla əlaqədar biz cəmi 2 gün birlikdə məşq etmişik. Üstəlik, Rəşad Sadıqovun da olmaması bizim üçün böyük itkidir. Bu, çox vacib görüş olsa da, sonuncu deyil. Hələ çox belə oyunlara çıxacağıq”.

Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu sabah keçiriləcək.