AFFA DÇ-2014-ə Berti Foqtsla gedir!
19.11.2011 - 14:00
Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi noyabrın 25-də müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Avropa zonasının F qrupunda yer alan milli komandaların nümayəndələrinin təqvimlə bağlı Lüksemburqda keçirəcəyi görüşün tarixi artıq dəqiqləşib.
Əvvəlcədən noyabrın sonlarına planlaşdırılan tədbir ayın 25-də baş tutacaq. Bunu açıqlayan Portuqaliya Futbol Federasiyası tədbirdə 3 nəfərlə təmsil olunacağını bəyan edib. Bunlar yığmanın baş məşqçisi Paulu Bentu, onun köməkçisi Leonel Pontes və qurumun idman direktoru Karlos Qodinyodur.
Azərbaycanı isə tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Berti Foqts təmsil edəcək.
Qeyd edək ki, F qrupunda Azərbaycan, Portuqaliya və tədbirə ev sahibliyi edən Lüksemburqla yanaşı, İsrail, Rusiya və Şimali İrlandiya da yer alıb.

0
0