Berti Foqts Azərbaycana qayıdır
19.11.2011 - 13:53
Azərbaycan millisinin baş məşqçisi Bakıya qayıdır. Apasport.az saytının məlumatına görə, yığmanın noyabrın 11-də Albaniya, 15-də Almaniyanın “Uniion-Berlin” klubu ilə görüşlərindən sonra vətənində qalan 65 yaşlı mütəxəssis bu gün ölkəmizə gələcək.
Çalışdırıcının belə tez qayıtmasının səbəbi noyabrın 25-də Lüksemburqda keçiriləcək tədbirdir. Foqts DÇ-2014-ün seçmə mərhələsinin təqviminin müəyyənləşməsində özü iştirak etməyi lazım bilib.
Azərbaycana tədbirdən xeyli tez qayıdan almaniyalı vaxtın olmasından istifadə edib, Premyer Liqa oyunlarından birini də izləyəcək. Bu matçın sabah keçiriləcək “İnter” – “Qarabağ” görüşü olacağı gözlənilir.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0