Bolqarıstan yığmasının sabiq futbolçusu Azərbaycanda oynayacaq?
19.11.2011 - 14:14
Bolqarıstan yığmasının sabiq futbolçusu Azərbaycanda oynayacaq?
Bolqarıstan çempionatının II dəstəsində çıxış edən “Nefteximik” klubu qış “transfer pəncərəsi” ilə bağlı planlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, heyətini gücləndirməyi düşünən “neftçilər” 6 yeni futbolçu alacaq.

Lakin rəhbərlik komandanın hücumçusu Stoyko Sakaliyevin gedişi ilə barışıb. Onlar futbolçunun karyerasını Azərbaycanda davam etdirəcəyinə razı olublar. Sakaliyevin hansı klubumuza gələcəyi isə açıqlanmır.

Qeyd edək ki, vaxtilə Bolqarıstan yığmasında 4 oyun keçirən Stoyko vətənində MOİK, Plovdiv “Lokomotiv”i, “Spartak”, “Akademik”, Polşada isə “Arka”nın ərəfini qouyub.
0