Mahmud Qurbanov: Futbolçu oynamayanda, tez gözdən düşür
20.11.2011 - 00:01
“Artıq bir müddətdir az oynayıram. Futbolçu oynamayanda, tez gözdən düşür. Bu, həyatın qanunudur. Kimdənsə, şikayətlənmək düzgün olmaz. Hər halda, mənə hörmət edən edir. Belə bir problem yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu Mahmud Qurbanov deyib.
Karyerasının qürub çağını yaşayan Mahmud hətta “Sumqayıt Şəhər” kimi autsayder komandanın da əsas heyətinə düşə bilmir. Odur ki, 38 yaşlı Qurbanovun futbolla vidalaşmalı olduğunu düşünmək olar.
Qurbanov özü də bu məsələni tez-tez müzakirə etdiyini bildirib: “Nə vaxtsa gedəcəyik, niyə tələsirsiniz? Əlbəttə, getmək beynimdən keçir. Gedəndə, açıqlayacağam. Hətta qışda artıq rəsmən gedə bilərəm. Zamanı qabaqlamayaq”.
Təcrübəli yarımmüdafiəçi bildirib ki, “Sumqayıt-Şəhər” klubunda oynayan-məşqçi işləmək ehtimalı da var: “Bilirsiniz ki, Sumqayıt klubunda gənc futbolçuların sayı çoxdur. Həmin gənclərin yaxşı futbolçu kimi yetişməsi üçün əlimdən gələni edirəm. Bildiyiniz kimi, mən orada ciddi məbləğə oynamıram. Amma maaşlarımızı alırıq. Onsuz da, mən bu komandaya keçəndə pul məsələsini danışmamışam. Sözün düzü, hazırda rəsmi olaraq, oynayan məşqçi deyiləm. Amma məşqçi olmaq istəyirəm”.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0