Joze Alesio Da Silva: “Barselona”ya qarşı daha yaxşı oynamağa çalışacağıq
19.11.2011 - 15:28
Joze Alesio Da Silva: “Barselona”ya qarşı daha yaxşı oynamağa çalışacağıq
“Birinci hissədə yaxşı təsir bağışladıq. Fasilədən sonra isə zəif oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis futzal üzrə UEFA kubokunun elit-raundunda keçirilmiş “Araz” – “Era-Park Xrudim” oyunundan sonra matç haqda fikirlərini açıqlayıb: “Komandamızın 100 faiz hazır olmadığını qeyd etmişdim. Hazırlığa gec başladıq və yoxlama oyunları keçirmədik. Digər tərəfdən, “Xrudim” yaxşı komandadır. “Barselona”ya qarşı daha yaxşı oynamağa çalışacağıq”.
0