Vaqif Cavadov: 90 dəqiqə və məğlubiyyət
19.11.2011 - 16:01
Vaqif Cavadov: 90 dəqiqə və məğlubiyyət
Rusiya Premyer Liqasında final mərhələsinin ilk turuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının sabiq üzvü Vaqif Cavadovun çıxış etdiyi “Volqa” klubu Nijni-Novqorodda doğma azarkeşlər önünə çıxıb.

9-16-cı yerlər uğrunda mübarizə aparan Vaqifin komandası “Amkar”ı qəbul edib. Həmyerlimiz bu matçda start heyətində yer alıb. 90 dəqiqə əvəzlənmədən meydanda olan Vaqif növbəti dəfə məğlubiyyət acısı yaşayıb. Artıq 7-ci dəqiqədə erkən qol vuran meydan sahibləri bu üstünlüyü qoruya bilməyərək 1:2 hesabı ilə məğlub olub. İkinci hissədə 2 dəqiqəyə 2 qolun vurulmasında “Volqa”nın azlıqda qalması da rol oynayıb. 51-ci dəqiqədən 10 nəfərlə qalan meydan sahibləri matçı 9 nəfərlə bitirib.