“Neftçi” xal itirib zirvədə qaldı
19.11.2011 - 16:43
“Neftçi” xal itirib zirvədə qaldı
Əvəzedici heyətlərin Azərbaycan çempionatında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, daha 2 qarşılaşma baş tutub. Əvvəlcədən məlum olduğu kimi bu turda keçirilməli olan “Bakı” - “Turan” oyunu keçirilməyib. Liderlər “Neftçi”nin oyununda qalib müəyyənləşməyib. Bundan yararlanan “İnter” onlarla xal fərqini azaldıb.

“İnter” - “Qarabağ” - 2:0
Murad İsgəndərli, 40; Coşqun Diniyev, 90+3

“Qəbələ” - “Neftçi” - 2:2
Rey Məmmədbəyli, 4; Amil Yunanov, 59 - Nicat Qurbanov, 8; Tural Nərimanov, 90+4

 Komanda O Q H M Qollar Xallar
1 "Neftçi" 13 8 3 2 33-19 27
2 "Qəbələ" 13 8 2 3 19-14 26
3 "İnter" 13 7 2 4 17-11 23
4 AZAL 13 7 2 4 25-13 23
5 "Kəpəz" 13 6 3 4 21-17 21
6 "Qarabağ" 13 5 1 7 20-25 16
7 "Turan" 12 4 3 5 21-24 15
8 "Simurq" 13 3 5 5 17-16 14
9 "Sumqayıt Şəhər" 13 4 2 7 19-23 14
10 "Bakı" 12 4 1 7 26-27 13
11 "Rəvan" 13 3 4 6 14-23 13
12 "Xəzər Lənkəran" 13 3 2 8 15-25 11
0