“Barselona” Azərbaycan çempionu ilə bacarmadı - YENİLƏNİB
20.11.2011 - 21:29
“Barselona” Azərbaycan çempionu ilə bacarmadı - YENİLƏNİB
Bu gün futzal üzrə UEFA kubokunun elit mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, final mərhələsinə vəsiqələrin sahiblərinin müəyyənləşəcəyi gün Azərbaycan çempionu “Araz” üçün də həlledici idi.

B qrupunda mübarizə aparan təmsilçimiz son turda qrupun lideri “Barselona” ilə üz-üzə gəlib. UEFA kubokunun debütantı olmasına baxmayaraq yarışın favoritlərindən sayılan kataloniyalılar doğma meydanda qalib adını qazanmaq yolunda ən böyük müqaviməti də məhz “Araz”dan görüb.

Belə ki final mərhələsinə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalı olan komandamız ilk 2 oyunda 10 cavabsız qol vuran “Barsekona”nın quru seriyasını qırıb. Rəcəb Fərəczadə “Barselona”nın tarixinə avrokuboklarda buraxılan ilk qolun müəllifi kimi düşüb. Lakin azərbaycanlının bu uğuru ümumi qələbə üçün yetərli olmayıb. 2:2 hesablı heç-heçə meydan sahiblərinin UEFA kubokundakı ilk xal itkisi olub. Buna baxmayaraq kataloniyalılar final mərhələsinə yüksəlib. “Araz”ın qrupda neçənci yeri tutacağı isə meydana çempionumuzdan sonra çıxanların oyunundan asılıdır.

Qeyd edək ki, yalnız qrup qalibi final mərhələsinə vəsiqə əldə edəcək.


20 noyabr

“Araz” – “Barselona” - 2::2
Rəcəb Fərəczadə, 20, Amadeu, 36 - Vilde, 10, Lozano, 15

1Barselona320112-27
2Araz311110-94
3Era-Park Xrudim21014-93
4Eyndhoven20023-90