AZAL-ın futbolçusu mövsümün rekorduna şərik oldu
20.11.2011 - 10:25
AZAL-ın futbolçusu mövsümün rekorduna şərik oldu
AZAL klubunun futbolçusu Tales Şütz mövsümün rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, “Kəpəz”lə oyunda qol sevinci yaşayan hücumçu ardıcıl 3 oyundur qol vurur. Son 3 görüşdə meydanı qolsuz tərk etməyərək 4 dəfə fərqlənən Tales Yuri Fomenkonun göstəricisini təkrarlayıb. AZAL-ın üzvü XI turda “Sumqayıt Şəhər”ə 1, ötən tur “Qəbələ”yə 2 qol vurmuşdu. Belə ki. cari mövsümdə yalnız “Kəpəz”in legioneri ardıcıl 3 oyun qol vurmuşdu. O, 4-6-cı turlarda uğurlu seriya ilə fərqlənmişdi. Yuri həmin matçlarda 4 qolun sevincini yaşamışdı.