Amit Quluzadə əvəzləndi, komandası özünə gəldi
20.11.2011 - 11:24
Amit Quluzadə əvəzləndi, komandası özünə gəldi
Türkiyə çempionatının Bank Asiya I Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin şərəfini qoruduğu “Ərciyəsspor” klubu səfərdə “Qaziantep Böyükşəhər Bələdiyyəspor”un qonağı olub. Birinci hissədə qapısından qol buraxan qonaqlar fasilədən sonra 3 qol vuraraq əzmkar qələbə qazanıb – 3:1. 18 yaşlı yarımmüdafiəçimiz bu görüşün yalnız 1-ci hissəsində meydanda olub. Kayseri təmsilçisi Amitin yerinə meydana adxil olan Posinkoviçin qolu ilə oyunda dönüş yaradıb. Məhz bu futbolçunun bərabərlik qolundan sonra kayserililər özünə gəlib.