Millimizin futbolçusu zəiflər sırasında
20.11.2011 - 13:00
Millimizin futbolçusu zəiflər sırasında
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyə çempionatında keçirdiyi növbəti oyunda zəif təsir bağışlayıb. Apasport.az saytının məlumatına görə, “Ərciyəsspor”un 18 yaşlı yarımmüdafiəçisi komandasının “Qaziantepspor Böyükşəhər Bələdiyyəspor”a qarşı görüşündə heç də ən yaxşılardan olmayıb. Belə ki, Kayseri təmsilçisinin 3:1 hesablı qələbəsindən sonra Türkiyə mətbuatı futbolçumuzun oyununu 6 balla qiymətləndirib. Əslində bu yetərincə yaxşı qiymət sayılır. Amma “Ərciyəsspor”un futbolçularına 7 və 6 qiymətləri verib onları 2 yerə bölən türkiyəlilər Amiti zəiflər sırasına daxil edib.

Qeyd edək ki, Quluzadə səfər matçının yalnız 1-ci hissəsində meydanda olub və komandası 0:1 hesabı ilə uduzarkən əcəzlənib.