Futbol Tanrısı Azərbaycan hakimlərinə qarşı
20.11.2011 - 16:15
Futbol Tanrısı Azərbaycan hakimlərinə qarşı
Premyer Liqanın XIII turu növbəti hakim biabırçılığı ilə yadda qaldı. Apasport.az saytının məlumatına görə, gənc və təcrübəsiz Ramil Diniyev “Qəbələ” - “Neftçi” matçında şübhəli qərar verməklə səviyyəsini nümayiş etdirdi.

O, matçın 90+4-cü dəqiqəsində simulyasiya edən Denis Silvanın yıxıldığı üçün meydan sahiblərinin qapısına penalti təyin edib. “Qəbələ”nin 1:0 hesabı ilə öndə olduğu vaxtda üzləşdiyi hakim haqsızlığı isə yerdə qalmayıb. Belə ki, futbol Tanrısı Azərbaycan hakiminin ədalətsizliyi qarşısında göz yummadı. Məhz onun köməyi ilə Pavel Doroşev zərbənin qarşısını aldı.

Lakin bu, ilk belə hal deyil. Azərbaycan hakimləri “Qəbələ”nin oyunlarında, özü də 1:0 hesabı ilə öndə olduğu matçlarda ədalətsiz penaltilər verməkdə davam edir. Futbol Tanrısı isə bu haqsızlığın qarşısında sədd çəkir. Məhz onun köməyi ilə hakimlərin “Qəbələ”yə qarşı ədalətsizlikləri nəticəsiz qalır.

Hələ I dövrədə “Qarabağ”la oyunda da oxşar hadisə yaşanmışdı. Həmin vaxt son dəqiqələrdəki penaltini yenə Doroşev qaytarmışdı. Həmin vaxt IV turun avqustun 27-dəki görüşdə Vüsal Əliyevin təyin etdiyi penaltini Georgi Adamiya boşa vermişdi. Hər iki halda futbol Tanrısı hakimlərə mane olub, 1:0 hesablı qələbəyə kömək etmişdi. Allah üçüncüsündən saxlasın!
0