“İnter” – “Neftçi” matçının baş hakimi damarlarını doğradı
20.11.2011 - 23:18
Futbol üzrə Almaniya çempionatının 13-cü turunun “Köln” – “Maynts” matçı baş hakim Babak Rafatinin özünü öldürməyə cəhdi üzündən baş tutmayıb.
Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, referi oyuna gəlmədiyi üçün onu vaxtında əvəzləmək mümkün olmayıb.
Beləliklə, görüş qeyri-müəyyən vaxta təxirə salınıb. Hannoverli baş hakim qaldığı oteldə venaları doğranmış vəziyyətdə tapılıb. Amma o, dünyasını dəyişməyib.
Qeyd edək ki, Babak Rafati 2008-ci il aprelin 23-də Bakının “İnter” və “Neftçi” komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünün baş hakimi olub. O, AFFA tərəfindən dəvət olunub. Görüş “İnter”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0