Yığmamızın futbolçusu: İspaniyada belə dəstək gözləmirdim
21.11.2011 - 13:23
“Mən çox xoşbəxtəm ki, azarkeşlər məni belə qarşıladılar. Açığı belə dəstək alacağımı gözləmirdim. Sanki fanatlarımız mənim debütümün həsrətində imiş”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Rizvan Umarov deyib.
Yığmamızın milliləşən rusiyalı legioneri İspaniyanın “Deportivo” (Kastelyon) klubunda debüt edib. Matçdan sonra gənc istedad oyun haqda təəssüratlarını ispan həmkarlarımızla bölüşüb: “Yağış meydanı yararsız hala gətirmişdi. Buna baxmayaraq əlimdən gələni etdim ki, komandama faydalı olum. Sübut etməyə çalışdım ki, istənilən şəraitdə oynamağı bacarıram. Oyunun əvvəlində məndə gərginlik var idi. Əsəblərim İspaniya klubunda oynamağın həyəcanını çətinliklə götürürdü. Lakin sonra hər şey qaydasına düşdü. İspan dilini bilməməyimdə problem olmadı. Çünki meydanda hamımız bir-birimizi yaxşı başa düşürük. “Krevilyent” üzərində qələbədən sonra mövqeyimizi daha da yaxşılaşdırmağı düşünürük”.

0
0