Nodar Məmmədov: Bu qədər də ədalətsizlik olmaz axı
21.11.2011 - 14:08
“Özümü göstərmək üçün şansımı gözləyirdim. Buna nə dərəcədə nail olduğumu deyə bilmərəm. Çünki baş məşqçi oyundan sonra bizə konkret nəsə deməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Nodar Məmmədov deyib.
Toni Adamsın ötən mövsüm daim güvəndiyi isimlərdən olan Məmmədov cari mövsümdə meydana nadir hallarda çıxıb. 12 oyundur əsas heyətdə oynamaq şansı qazanmayan cinah müdafiəçisi ingilis mütəxəssisin istefasından sonra komandanın “sükanı arxası”na keçən Fatih Kavlakın etimadını qazanıb.
“Neftçi” ilə dueldə türkiyəli mütəxəssis məhz sol cinahda ona şans verib. Oyuna yaxşı hazırlaşdığını deyən futbolçu 12 turdur əsas komandanın heyətində yer almasa da, özünü tam sərbəst hiss edib: “Heç bir həyəcan, qorxu yox idi. Çox istəkli idim. Çünki 12 turdur niyə oynamadığımı anlaya bilmirdim. Komandamız çoxdan idi belə oyun nümayiş etdirmirdi. Döyüşdük, 3 xalımızı qazandıq”.
Futbolçu “Qəbələ”yə qarşı hakim tərəfindən edilən haqsızlıqlara da toxunub: “Matçın gedişində çox haqsızlıqlar oldu. Belə penalti vermək olar? Bəlkə, oyunçunun yanında durmağa görə penalti verirlər? Onların futbolçusu əllə oynadı, amma penalti vermədi. Daha bir iradım isə özümün iştirak etdiyim epizodla bağlı idi. Cavid məni dirsəyi ilə vurdu, hakim ona qırmızı vərəqə göstərməli idi. Ancaq bunu etmədi. Bu qədər də ədalətsizlik olmaz axı”.

0
0