Starkov yubiley matçında yubiley qoluna sevindi
21.11.2011 - 15:03
Starkov yubiley matçında yubiley qoluna sevindi
Premyer Liqanın XIII turunun “Turan”la oyunu (5:0) “Bakı”nın baş məşqçisi Aleksandr Starkov üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, latviyalı mütəxəssis rəhbərlik etdiyi komandanı 30-cu qarşılaşmaya çıxarıb. O, 4 kubok və 26 çempionat matçında bakılıların “sükanı arxası”nda olub.

Starkovun rəhbərliyi altında 10-cu qələbəsini qazanan “Bakı” yubiley oyununda yubiley uğuruna nail olub. Hesabında 11 heç-heçə və 9 məğlubiyyət də olan komanda bu görüşlərdə 30 qol vurub 25-ni buraxıb. “Turan”la oyunda vurulan sonuncu qol da Starkov üçün bu mənada yubiley olub. Bu qolu isə Junior Xavyer Vilson vurub.
0