Növbəti istefa: Mehman Allahverdiyev “Kəpəz”i yarı yolda qoydu
21.11.2011 - 16:05
“Kəpəz” Peşəkar Futbol Klubunun baş məşqçisi Mehman Allahverdiyev və komandanın məşqçilər korpusu istefa verib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, komandanın son turlarda uğursuz çıxışı baş məşqçini və məşqçilər korpusunu bu addamı atmağa vadar edib. Komandanın yeni baş məşqçisinin kim olacağı yaxın vaxtlarda məlum olacaq.
Qeyd edək ki, Allahverdiyev bu posta bu ilin yazında Fuad İsmayılovun yerinə gətirilmişdi. Ondan öncə “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov, AZAL-ın baş məşqçisi Elxan Abdullayev və “Qəbələ”nin çalışdırıcısı Toni Admas tutduqları vəzifədən istefa vermişdilər.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0