Mirbağır İsayev: Orda bəzi futbolçular var ki...
21.11.2011 - 17:24
Mirbağır İsayev: Orda bəzi futbolçular var ki...
“Hələ rəsmi müqavilə imzalamamışıq. Amma yaxın günlərdə münasibətlərimizi rəsmiləşdirəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun yeni baş məşqçisi Mirbağır İsayev deyib.

Bu gün Mehman Allahverdiyevin istefasından sonra boş qalan baş məşqçi postuna Mirbağır İsayevi gətirən “Kəpəz” rəhbərliyi adıçəkilən mütəxəssislə elə bu gün danışıblar. “Abşeron”dakı fəaliyyəti ilə daha çox tanınan və komandanı məğlubiyyətsiz Premyer Liqaya yüksəldən mütəxəssis sabah Gəncəyə yollanacaq: “Köməkçi-məşqçilərim yeni insanlar olacaq. Bu haqda müqavilə imzalandıqdan sonra məlumat verəcəm. Komandanın məqsədinə gəldikdə, çalışdığım bütün komandalarda istəyimiz bütün oyunlara qələbə əzmi ilə çıxmaq və qələbə qazanmaqdır”.

Qış fasiləsi zamanı heyətdə ediləcək dəyişikliklərə gəldikdə, Mirbağır İsayev hazırkı heyətdə işinə yarayacaq yerli futbolçuların olduğunu deyib: “Orda bəzi futbolçular var ki, onlarla işləmək olar. Söhbət yerli oyunçulardan gedir. Vaxtilə milli komandanın formasını geyinən və komandanın aparıcı oyunçularından olan Ceyhun Sultanovun adını qeyd edə bilərəm. Digərləri də var”.
0