Allahverdiyev iki “8”lə getdi
21.11.2011 - 19:00
Allahverdiyev iki “8”lə getdi
Mehman Allahverdiyev “Kəpəz”in baş məşqçi postuna qayıdışından sonra bu postda cəmi 21 oyun duruş gətirə bildi. Apasport.az saytının məlumatına görə, bu ilin yazında vaxtilə titullara daşıdığı komandaya qayıdan 51 yaşlı mütəxəssis ötən mövsümün son 8, cari çempionatın isə 13 görüşündə iş başında oldu. Bütün bu oyunlar da ölkə çempionatı çərçivəsində keçirilib. Belə ki, 2010/11 mövsümündə “Gəncə” adı ilə çıxış edən komanda Allahverdiyevin təyinatına kimi kubokla vidalaşmışdı.

Bu dəfə isə gəncəlilər hələ bu yarışa başlamayıb. Bu 2 mövsümdə kubok oyununa çıxmayan mütəxəssis yarışın ən titullu məşqçisidir. Belə ki, ondan başqa heç kim 4 dəfə Azərbaycan kubokunu qazanmayıb. 1994-2003-cü illərdə də Gəncə təmsilçisinə rəhbərlik edən Allahverdiyev ümumilikdə 353-cü matçda aldığı 88-ci məğlubiyyətdən sonra postundan gedib.

Qeyd edək ki, Azərbaycanda heç bir məşqçi 1 klubda bu qədər oyun keçirməyib.

Premyer Liqa112711634463573-265533
Kubok8594298144-45135
Birlik kuboku41332813-3311
Avrokubok5101095-273
Cəmi283532095588735-370682
0