Azərbaycan klublarının qənimi ilə oyunda ÇL rekordu
23.11.2011 - 10:41
Madrid “Real”ı Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Avropanın ən nüfuzlu turnirin tarixində ilk 20 dəqiqədə 4 qol vuran ilk komanda olub. Bu, Zaqreb “Dinamo”suna evdə 6:2 hesabı ilə qalib gəldikləri oyunda reallaşıb. Bunlar Kərim Benzema (2-ci dəqiqə), Xose Callejon (7), Qonsalo İquain (9) və Məsut Özilin (20) vurduğu qollarla gerçəkləşib. “Real” eyni zamanda ilk dəfə qrupda ilk 5 oyunun hamısında qalib gəldi.
Xorvatiya çempionu isə nəhayət, qrup mərhələsində ilk qolunu, sonradan isə 2-ni də vurmaqla təsəlli tapdı. Həmin ilk ilk tarixi qolun müəllifi Avroliqada “Bakı”nın və yoldaşlıq görüşündə milli komandamızın qapısına yol tapan çernoqoriyalı hücumçu Fatoş Beçiray olub.
Qeyd edək ki, Zaqreb “Dinamo”su ÇL-in təsnifat mərhələsində Azərbaycan klubları ilə 2 dəfə görüşüb. O, 2007-ci ildə “Xəzər Lənkəran”ı (səfərdə 1:1, evdə 3:1), bu il isə “Neftçi”ni (evdə 3:0, səfərdə 0:0) mübarizədən kənarlaşdırıb.

- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
0
0