“Bu, Foqtsla müqavilənin uzadılacağına bir işarədir”
23.11.2011 - 11:35
“Bu, Foqtsla müqavilənin uzadılacağına bir işarədir”
Dünya çempionatının Avropa zonası üzrə F qrupunun təqviminin müəyyənləşdirilməsi ilə bağlı noyabrın 25-i Lüksemburqda keçiriləcək görüş Almaniya mətbuatının da diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, alman həmkarlarımız tədbirdə ölkəmizi təmsil edəcək 2 şəxsdən birinin Berti Foqts olacağına xüsusi önəm verirlər.

Onlar futbol əfsanələri Dik Advokat, Paulu Bentu və Foqtsun bir araya gələcəyinin təsadüfi olmadığını vurğulayıblar. Almaniyalıların fikrincə, baş məşqçinin təqvimin müəyyənləşdirilməsinə yollanması onun postunda qalacağından xəbər verir: “Neçə vaxt idi ki, Foqtsun Azərbaycan yığmasındakı taleyi qaranlıq idi. Lakin AFFA-nın rəsmi internet saytı Lüksemburqdakı tədbirə onun qatılacağını açıqlayıb. Bu, isə onunla müqavilənin uzadılacağına bir işarədir”.

Qeyd edək ki, Lüksemburqda ölkəmizdə baş məşqçi ilə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edəcək.
0