Azərbaycan millisi Çin və Finlandiyaya rəqib oldu
23.11.2011 - 12:45
Azərbaycan millisi Çin və Finlandiyaya rəqib oldu
2012-ci il yanvarın 4-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçiriləcək XXIV ənənəvi beynəlxalq turnirin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 1994-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması B qrupunda mübarizə aparacaq. Komandamız bu qrupda Çin və Finlandiya ilə görüşəcək.

А qrupu: Rusiya, Belarus, Litva
В qrupu: Çin, Finlandiya, AZƏRBAYCAN
С qrupu: İtaliya, Yunanıstan, Ukrayna
D qrupu: Çexiya, Türkiyə, Latviya