Azərbaycan yığması reytinq siyahısında 4 pillə irəlilədi
23.11.2011 - 13:02
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 4 pillə irəliləyərək, 113-cü pilləyə yüksəlib. Ötən ay 117-ci yerdə olan Berti Foqtsun yetirmələri 300 xalla Avropada 44-cü pillədədir.
Millimizin bu irəliləyişində noyabrın 11-də səfərdə Albaniyanı məğlub etməsi rol oynayıb. Komandamız son 1 aydakı yeganə oyununda 1:0 hesabı ilə qalib gəlib.
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya (1100 xal) 1 pillə irəliləyərək, 7-ci yerə yüksəlib. Hesabında 971 xal olan Rusiya 12-ci, 665 xal olan İsrail 37-ci yerdədir. Bu komandalar da hərəyə 1 pillə irəliləyə bilib.
Şimali İrlandiya (403 xal) 5 pillə geriləmə ilə 89-cu yerə enib. 9 pillə geriləyən Lüksemburq (252 xal) millimizdən bir az da uzaqlaşıb - 127-ci yerdədir.
Siyahının ilk “üçlüy”ü dəyişməz qalıb. İspaniya (1564 xal) 1-ci, Hollandiya (1365) 2-ci, Almaniya (1345) 3-dür. 2 pillə geriləyərək, 28-ci olan Türkiyə yığmasının 769 xalı var.

0
0