Türkiyə futbolunda oyun alveri ilə bağlı araşdırma başa çatdı
03.12.2011 - 11:53
Türkiyə futbolunda oyun alveri ilə bağlı araşdırma başa çatıb. Apasport.az saytının məlumatına görə, Cümhuriyyət prokuroru Mehmet Berk şübhəli şəxslərlə bağlı sorğu-sual prosesini yekunlaşdırdıqdan sonra ittihamnamə tamamlanıb.
Əsas 2 təqsirkar isə “Gürəsunspor”un sabiq prezidenti Olgun Pekerlə “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımdır.
Berk tərəfindən hazırlanan 400 səhifəlik ittihamnamədə 93 şübhəli var. Türkiyə Futbol Federasiyasının prezidentinin köməkçisi Göksəl Gümüşdağın da şübhəlilər arasında yer aldığı bildirilir.
Düz 1 il öncə başlayan araşdırmadan sonra Yıldırım da daxil olmaqla, bir çox insanlar həbs olunub. Hazırda həbsdə 31 nəfər var ki, onlar arasında Tayfur Havutçu, Bülənt Uyğun, Ümit Karan kimi tanınmış veteran futbolçular yer alıb. Təqsirkarlara veriləcək 5 ildən 12 ildən həbs cəzasının 1 ildən 3 ilədək endirilməsi gözlənilir.

0
0