“Xəzər Lənkəran” axtarışa çıxdı: Redniki kim əvəzləyəcək?
05.12.2011 - 00:00
Mirça Rednikin istefasından “Xəzər Lənkəran” klubunun “sükanı arxası”na keçəcək yeni baş məşqçisinin adı yaxın günlərdə dəqiqləşəcək. Bu barədə apasport.az saytına açıqlamasında cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
O bildirib ki, Rednikin komandadan ayrılması gözlənilməz olsa da, hələlik rəhbərlik seçim etməyə tələsmir: “Baş məşqçi məsələsinə klubun prezidenti Mais Mənsimov qərar verəcək. Komandanın əvəzedicilərin çalışdırıcısı Cüney Biçərə tapşırılması isə hələlik dəqiq xəbər deyil”.
Qeyd edək ki, Premyer Liqanın XV turunda öz meydanında “İnter”ə məğlubiyyətdən sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik postundan ayrılıb. Onun köməkçiləri Mihay Teja və Covanni Melkiorre də komandadan gedib.
“Ağ-yaşıllar” dekabrın 10-da Lənkəranda “Qarabağ”la qarşılaşacaq.

0
0