“Zenit”dən tarixi zəfər, “Barselona” şou göstərdi
07.12.2011 - 01:35
Bu gün Çempionlar Liqasında (ÇL) son turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, VI turun ilk 8 matçı ÇL-ə vəsiqə qazanacaq daha 3 komandanın adına aydınlıq gətirib.
Yalnız H qrupunda matçlar formal xarakter daşıyıb. Çünki “Barselona”nın qrupdan 1-ci, “Milan”ın 2-ci yerlə çıxacağı hələ ötən tur rəsmiləşmişdi. Bu qrupda yalnız 3-cü yerin sahibi kimi Avroliqaya vəsiqə qazanan komandanın adını hələ dəqiqləşməmişdi ki, bu da gözlənildiyi kimi, “Viktoriya” olub. Çexlər evdə “Milan”a uduzmayaraq, hesabına daha 1 xal yazıb. BATE isə səfərdə “Barselona”nın 2-ci heyəti tərəfindən darmadağın olunub.
Digər 3 qrupda isə maraqlı mübarizə olub. E qrupunda “Bayer”dən sonra 1/8 finala 2-ci vəsiqənin sahibi xalları bərabər olan “Çelsi” ilə “Valensiya”nın görüşündə müəyyənləşib. “Çelsi” son vaxtlar daha çox uğursuz çıxış etsə də, həlledici oyunda böyük hesabla qalib gəlməyi bacarıb. Almanlar autsayderlə matçda xal itirdiyindən, London təmsilçisi qrup lideri kimi 1/8 finala çıxıb. “Valensiya” isə Avroliqaya yollanıb.
F qrupundan “Arsenal”la birgə 1/8 finala çıxan “Marsel” Dortmundda “Borussiya”ya qalib gəlməklə, buna nail olub. Halbuki almanlar hesabda 2:0 irəlidə olsa da, belə üstünlüyünü əldən verib. “Olimpiakos” qrup lideri kimi çıxan “Arsenal” üzərində qələbəsi Avroliqaya vəsiqəni rəsmiləşdirib.
G qrupunda autsayder “Şaxtyor”un son pilləni tutacağı artıq rəsmiləşsə də, nəhayət, ilk qələbəsini qazanıb. Bununla da qrupun sürpriz lideri APOEL ilk məğlubiyyətini alıb. Portuqaliyadakı oyunda isə kimin ÇL-ə, kimin Avroliqaya gedəcəyi müəyyənləşib. “Zenit” “Porto” ilə oyunda etdiyi heç-heçə ilə tarixində ilk dəfə nüfuzlu turnirin 1/8 finalına çıxıb. Portuqaliyalılar ötən mövsüm qalibi olduqları Avroliqaya yollanıblar.
6 dekabr
“Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya) - 3:0
Droqba, 3; 76; Ramires, 22
“Genk” (Belçika) – “Bayer” (Almaniya) - 1:1
Fossen, 30 - Derdiyok, 79
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 3:1
Cebbur, 16; Fuster, 36; Modesto, 89 - Benayun, 57
“Borussiya” (Almaniya) – “Marsel” (Fransa) - 2:3
Blaşikovski, 23; Hummels, 32 (p) - Remy, 45+4; Ayyu, 85; Valbuena, 87
“Porto” (Portuqaliya) – “Zenit” (Rusiya) - 0:0
APOEL (Kipr) – “Şaxtyor” (Ukrayna) - 0:2
Luiz Adriano, 12; Seleznyov, 78
“Barselona” (İspaniya) – BATE (Belarus) - 4:0
Roberto, 36; Montoya, 60; Rodriges, 63; 89 (p)
“Viktoriya” (Çexiya) – “Milan” (İtaliya) - 2:2
Bistron, 89; Dyuriş, 90+3 - Pato; 47; Robinyo, 48

E qrupu |
---|

“Çelsi” | 6 | 3 | 2 | 1 | 13-4 | 11 |
---|---|---|---|---|---|---|
“Bayer” | 6 | 3 | 1 | 2 | 8-8 | 10 |
“Valensiya” | 6 | 2 | 2 | 2 | 12-7 | 8 |
“Genk” | 6 | 0 | 3 | 3 | 2-16 | 3 |
F qrupu |
---|
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 3:1
Cebbur, 16; Fuster, 36; Modesto, 89 - Benayun, 57
“Borussiya” (Almaniya) – “Marsel” (Fransa) - 2:3
Blaşikovski, 23; Hummels, 32 (p) - Remy, 45+4; Ayyu, 85; Valbuena, 87
“Arsenal” | 6 | 3 | 2 | 1 | 7-6 | 11 |
---|---|---|---|---|---|---|
“Marsel” | 6 | 3 | 1 | 2 | 7-4 | 10 |
“Olimpiakos” | 6 | 3 | 0 | 3 | 8-6 | 9 |
“Borussiya” D | 6 | 1 | 1 | 4 | 6-12 | 4 |
G qrupu |
---|
“Porto” (Portuqaliya) – “Zenit” (Rusiya) - 0:0
APOEL (Kipr) – “Şaxtyor” (Ukrayna) - 0:2
Luiz Adriano, 12; Seleznyov, 78
APOEL | 6 | 2 | 3 | 1 | 6-6 | 9 |
---|---|---|---|---|---|---|
“Zenit” | 6 | 2 | 3 | 1 | 7-5 | 9 |
“Porto” | 6 | 2 | 2 | 2 | 7-7 | 8 |
“Şaxtyor” | 6 | 1 | 2 | 3 | 6-8 | 5 |
H qrupu |
---|
“Barselona” (İspaniya) – BATE (Belarus) - 4:0
Roberto, 36; Montoya, 60; Rodriges, 63; 89 (p)
“Viktoriya” (Çexiya) – “Milan” (İtaliya) - 2:2
Bistron, 89; Dyuriş, 90+3 - Pato; 47; Robinyo, 48
“Barselona” | 6 | 5 | 1 | 0 | 20-4 | 16 |
---|---|---|---|---|---|---|
“Milan” | 6 | 2 | 3 | 1 | 11-8 | 9 |
“Viktoriya” | 6 | 1 | 2 | 3 | 4-11 | 5 |
BATE | 6 | 0 | 2 | 4 | 2-14 | 2 |
0
0