“Xəzər-Lənkəran”ın tarixində yeni səhifə
08.12.2011 - 12:36
“Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçər klub tarixində ən gənc baş məşqçi olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşında bu posta təyin olunan türkiyəli mütəxəssisin sələflərinin heç biri bu yaşında “ağ-yaşıllar”ın baş məşqçisi olmamışdı.
Klub tarixinə 7-ci baş məşqçi kimi düşən Biçərə kimi bu rekord Nazim Süleymanova məxsus idi. Komandanın ilk çalışdırıcısı 39 yaşında bu posta təyin olunmuşdu. Düzdür, onun 2-ci istefasından sonra komandanı 3 oyuna çıxaran Şenol Fidanın da 39 yaşı olub. Lakin o, baş məşqçi yox, bu funksiyanı müvəqqəti icra edən olub.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində ən yaşlı baş məşqçi Ağasəlim Mircavadovdur. O, 59 yaşında - Biçerdən 23 yaş böyük olduğu vaxt bu postda debüt edib.
Onu da vurğulayaq ki, komandanın 7 baş məşqçisindən 4-ü əcnəbi – 2 türkiyəli (Rasim Kara və Cüneyt Biçer), 1 ukraynalı (Viktor Pasulko), 1 rumıniyalı (Mirça Rednik) olub.

Məşqçi | Təvəllüdü | Ilk təyinatı | Debütdə yaşı | |
---|---|---|---|---|
1 | Nazim Süleymanov | 1965 | 2004 | 39 |
2 | Rasim Kara | 1950 | 2004 | 54 |
- | Şenol Fidan (icra edib) | 1966 | 2005 | 39 |
3 | Viktor Pasulko | 1961 | 2006 | 45 |
4 | Ağasəlim Mircavadov | 1947 | 2006 | 59 |
- | Hafiz Əliyev (icra edib) | 1957 | 2008 | 51 |
5 | İqor Ponomaryov | 1960 | 2009 | 49 |
6 | Mirça Rednik | 1962 | 2010 | 48 |
7 | Cüneyt Biçer | 1975 | 2011 | 36 |
0
0