“Xəzər Lənkəran”da debüt ənənəsi qorunacaqmı?
09.12.2011 - 12:34
“Xəzər Lənkəran”da debüt ənənəsi qorunacaqmı?
Premyer Liqanın XVI turunun “Qarabağ”la ev oyunu “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçer üçün xüsusi əhəmiyyət kəsb edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dekabrın 10-da keçiriləcək qarşılaşma türkiyəli mütəxəssisin komandada debüt matçı olacaq.

Klubun tarixi ərzində 7-ci baş məşqçi olan Biçer 7 rəqəminin xoşbəxt rəqəm sayılmasının təsadüf olmadığını sübut etməlidir. Ona qədər “Xəzər Lənkəran”ın heç bir baş məşqçisi debüt matçında uduzmayıb. Lakin qələbə də hər mütəxəssisə nəsib olmayıb. Viktor Pasulko, Ağasəlim Mircavadov və Mirça Rednik ilk matçlarında qələbə sevinci yaşayıblar. Onların üçü də Lənkəranda minimal fərqli qələbəyə seviniblər. Digər 3 çalışdırıcı isə komandadakı fəaliyyətini heç-heçə ilə başlayıb.

Qeyd edək ki, Nazim Süleymanov, Rasim Kara və Mircavadov komandaya 2 dəfə baş məşqçi təyin olunub. Onların qayıdışdan sonrakı ilk görüşləri debüt matçı sayılmır. Həmçinin bu vəzifəni müvəqqəti icra edənlərin də “Xəzər Lənkəran”ı meydana çıxarması şərti xarakter daşıyıb.

Baş məşqçilərin debüt oyunları

Baş məşqçiTarixOyunHesab
Nazim Süleymanov07.08.2004“Turan” – “Xəzər Lənkəran”1:1
Rasim Kara30.10.2004“MKT-Araz” - “Xəzər Lənkəran”0:0
Viktor Pasulko12.02.2006“Xəzər Lənkəran” - “Olimpik”1:0
Ağasəlim Mircavadov11.08.2006“Xəzər Lənkəran” – “Neftçi”2:1
İqor Ponomaryov15.02.2009“Xəzər Lənkəran” - “Karvan”0:0
Mirça Rednik07.08.2010“Xəzər Lənkəran” – “Qəbələ”1:0