Qarpız alverçiləri
16.12.2011 - 12:55
Tanınmış rusiyalı futbolçu Vadim Yevseyev əslən Azərbaycandan olan həmkarları ilə məzələnib. Apasport.az saytının məlumatına görə, karyerasını bitirməyə qərar verən 35 yaşlı müdafiəçi vaxtilə birgə oynadığı Emin Mahmudovla Aleksandr Səmədovu qarpız alverçilərinə bənzədib.
Emin Vadimlə “Saturn”la birgə oynadığı zamanı ona qarpızı xatırlatmaqla, hər zaman zarafat etməyindən şikayətlənirmiş. Yevseyev Rusiya mətbuatına geniş müsahibəsində bunu inkar etməyib: “Bu, elədir. Məgər sizin xəbəriniz yoxdur? Mahmudovla Səmədov biznes bölüşdürürlər – kim gələn il Moskvaya qarpız gətirəcək? Səmədovu ümumiyyətlə, Moskvaya içərisində qarpız olan KAMAZ-da gətiriblər. Məgər bunu eşitməmisiniz?”
Qeyd edək ki, artıq Rusiya yığmasında oynayan Səmədovdan fərqli, Mahmudov hələ seçimini etmədiyindən, milli komandamıza namizəd olaraq qalır.

0
0