Vəli Qasımov yığmadan kənarda qalmasına inanmır
20.12.2011 - 00:08
“Düzü, AFFA-nın baş katibi Elxan Məmmədovun fikirləri ilə tanış deyiləm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının məşqçilər korpusundan kənarlaşdırılan Vəli Qasımov deyib.
Baş katib 2011-ci ilin ən yaxşı futbolçularının mükafatlandırılması mərasimində bildirib ki, Qasımovun U-19 yığmasına daha çox vaxt ayırması nəzərə alınıb və onun əsas millimizdəki işinə son qoyulub. Hazırda yığmamızın baş məşqçisi Berti Foqts Nazim Süleymanov, Ramiz Məmmədov və Arif Əsədov arasında seçim edir.
Amma Qasımov əlavə edib ki, bu barədə ona heç nə deməyiblər: “Bu xəbəri sizdən eşidirəm. Mənə kimsə nəsə dedikdən sonra daha açıq danışa bilərəm. İndi danışsam, əsas yığmadan kənarlaşdırılmağımla razı olaram”.
Qasımov hadisələrin hansı tərzdə inkişafından asılı olmayaraq, hər kəsin fikrinə hörmətlə yanaşacağını vurğulayıb: “Milli komandanın baş məşqçisi var. Onun və AFFA rəhbərliyinin qərarına hörmətlə yanışıram”.
Qeyd edək ki, Qasımov hazırda U-19 yığmasının baş məşqçisidir.

0
0