Rəşad Sadıqov: Komandamız indi daha yaxşıdır
21.12.2011 - 00:07
“Bizi çətin oyun gözləyir. Bunu yaxşı bilirik və ciddi hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.
Premyer Liqanın XVIII turu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” I dövrədəki məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. Quzanlıda keçirilən matçda 0:1 hesabı ilə yenilən və qarşılaşmanın son dəqiqələrində penaltini dəqiq yerinə yetirə bilməyən Ağdam təmsilçisi “Rəvan”la hesabat turundakı qələbənin davamını gətirmək istəyir. Ancaq Sadıqov səfərdəki görüşün həddən artıq çətin keçəcəyini düşünür: “Qəbələ”nin hücum xətti çox güclüdür. Hazırda onların hücum xəttini zərərsizləşdirməyin planlarını cızırıq”.
Bir müddətdir zədəli olduğu üçün oyunlardan kənarda qalan Sadıqov müalicəsini davam etdirir. Buna baxmayaraq, təcrübəli müdafiəçi “Rəvan”la matçın ikinci hissəsində meydana daxil olaraq, komandasına kömək etdi. “Qəbələ” ilə görüşdə də iştirak edəcək Sadıqov son matçlardakı uğursuz çıxışın onun yoxluğu ilə bağlanmasını düzgün hesab etmir: “Uduzduğumuz oyunlarda çoxlu qol imkanları yaratsaq da, istifadə edə bilmirdik. Məğlubiyyətin səbəbini də bununla bağlayıram. Komanda tam toparlanmayıb, amma əvvəlkinə baxanda, indi daha yaxşıdır”.

0
0