Dünyanın 10 ən yaxşısından birində - FOTOSESSİYA
22.12.2011 - 13:00
“Xəzər Lənkəran” klubunun qış toplanışı zamanı məskunlaşacağı məkan bəlli olub. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi 2012-ci ilin yanvarın 16-da yollanacağı Antalya şəhərində özünə məskən tapıb.
“Ağ-yaşıllar” Antalyanın ən məşhur bölgəsi Bələkdə qərarlaşacaq. Komanda hazırlıq dövründə “Spice Hotel & Spa”da qalacaq. 91 min kvadrat metr ərazini əhatə edən, 546 otaq və 1092 yataqdan ibarət otelin 4 mərtəbəli əsas binası portağal ağaclarının arasında yerləşir.
Türk, İtaliya və Asiya mətbəxlərinə malik restoranları olan oteldə müştərilərin rahatlığı üçün hər şey var. 5 min kvadratmetrlik açıq, 1800 kvadrat metrlik qapalı hovuza malik kompleksdə tennis kortları, basketbol, voleybol meydanları da göz oxşayır.
Otellərin reytinqini müəyyənləşdirən nüfuzlu “Neckermann”ın 500 min müştəri arasında apardığı sorğunun nəticələri də “Xəzər Lənkəran”ın seçiminin nə dərəcədə düzgün olduğunu göstərib.
Belə ki, cənubluların məskunlaşacağı otel planetin 10 ən yaxşı mehmanxanası arasında yer alıb.

- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO
0
0