“Kəpəz”i mətbuat dağıdıb...
28.12.2011 - 15:38
“Az öncə komandanın prezidenti Elmir Əliyevlə görüşdük. O, bizə kluba rəhbərlik etməkdən rəsmən boyun qaçırdığını dedi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Kəpəz”in fan-klubunun rəhbəri Elmar Əliyev deyib.
Doğma komandalarının Premyer Liqada çıxışını dayandırmağı xəbərini eşidəndən sonra Gəncə şəhər stadionuna yığışan azarkeşlər prezident Elmar Əliyevlə görüşə biliblər.
Əliyevin sözlərinə görə, Elmir Əliyev “Kəpəz”in fəaliyyətini dayandırmağı ilə bağlı xəbəri onlara şəxsən özü çatdırıb: “Özü də Elmir müəllim qərarlarını maddi imkanlarla bağlamadı. Dediyinə görə, bu baxımdan vəziyyət normaldır. Sadəcə, Əliyev haqlarında gəzən söz-söhbətlər, pul yeyintisi ilə bağlı televiziyada səslənən fikirlərə görə bu addımı atdıqlarını dedi. Deyir ki, biz kənara çəkilirik, komandaya himayədarlıq etmək istəyən varsa, sahib çıxa bilər. Özü də Elmir müəllimin sözlərinə görə, Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyev də kənara çəkilib”.
Fan-klub rəhbəri komandanın çıxışını davam etdirəcəyinə inanır. Əliyev növbəti görüşlərinin Xanlar Fətiyevlə olacağını bildirdi: “Bunu sabah etməyi planlaşdırırıq. Biz Xanlar müəllimin, kluba rəhbərlik edən şəxslərin qayıtmağına çalışacağıq. İstəyirik ki, Fətiyev “Kəpəz”ə maddi dəstəyini davam etdirsin. Bunun reallaşacağına inanırıq. Bugünkü vəziyyət hamımıza pis təsir edir. Biz azarkeşlər ayağa qalxmışıq və vəziyyətin düzəlməsinə çalışırıq. Təəssüf ki, “Kəpəz” kimi klubda belə vəziyyət alınıb. Mehman Allahverdiyevin yox, Mirbağır İsayevin qayıdışı ilə bağlı fikirlər səslənib. Bir sıra azarkeşlər Fuad İsmayılovun yenidən baş məşqçi vəzifəsində çalışmağını istəmirlər. Ancaq İsayev onun çıxardığı futbolçunun qaytarılmağına görə postundan gedib və qayıtmayacağı ilə bağlı fikri qətidir”.

0
0