Rövnəq Abdullayev: Ümid edirəm ki, hər klubun öz bazası olacaq
09.03.2012 - 11:46
Rövnəq Abdullayev: Ümid edirəm ki, hər klubun öz bazası olacaq
“Son 4 ildə AFFA-nın prinsiplərini reallaşdırmağa çalışdıq. Bizə ölkədə futbolu marağı artırmaq müvəffəq oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Prezident olduğu 4 ildə görülən işlər haqda danışan Abdullayev hazırda 25 min gənc futbolçunun AFFA-da qeydiyyatdan keçdiyini bildirib: “Biz, həmçinin müxtəlif yaş qruplarında çempionatlar keçiririk və 76 futbol stadionu istifadəyə vermişik. Ümid edirəm ki, hər Azərbaycan klubunun öz bazası olacaq ki, bu da ölkədə uşaq futbolunun inkişafına kömək edəcək”.