“İnter” təsnifat mərhələsinə yekun vurdu
09.03.2012 - 15:17
Bakının “İnter” klubunun rəsmi internet saytı Premyer Liqanın təsnifat mərhələsinin yekunlarına dair statistik yazı hazırlayıb. Apasport.az-ın məlumatına görə, arxada qalan 22 turla bağlı maraqlı faktların yer aldığı yazıda oyunlar, xallar, futbolçular və seriyalar əks olunub.
Oyunlar və xallar: Beləliklə, 22 matçda “İnter” 45 xal topladı və birinciliyin təsnifat mərhələsini ikinci yerdə başa vurdu. 22 oyunda komanda 11 qələbə qazandı, 6 qarşılaşmada heç-heçə oynadı, 3 oyundasa meydanı məğlub tərk etdi (onlardan biri texniki məğlubiyyətdir). Kaxaber Sxadadzenin yetirmələri 21 qol vurdular və 10 qol buraxdılar ki, bunlarından 3-ü “Bakı” klubundan alınan texniki məğlubiyyət sayəsində qeydə alındı.
“İnter” 11 ev oyununda 22 xal topladı, bunlardan 6-da qələbə qazandı, 4-də heç-heçə oynadı və yalnız bir dəfə məğlub oldu. Vurulan və buraxılan toplar arasında fərq 10:6-dır. 11 səfər matçında komanda 23 xal topladı, 7 qarşılaşmada qalib gəldi, 2 dəfə sülh imzaladı və iki dəfə rəqibinə məğlub oldu. Top fərqi 11:4-dür.
Futbolçular: Sxadadze 22 qarşılaşmada 23 futbolçunun xidmətindən istifadə etdi. Hamıdan daha çox meydanda qalmaq Valeri Abramidzeyə məxsusdur - 1890 dəqiqə. Bütün oyunlarda iştirak etmiş yeganə futbolçu Nizami Hacıyevdir. “İnter”in ən yaxşı bombardiri 5 qolla Baçana Sxadadzedir. 3 qolu öz aktivinə Nizami yazdı, Vladimir Levin, Samir Zərgərov, İlia Kandelaki və Elnur Abdulov isə hərəyə 2 qol vurdular.
Mövsümün rekordu: “İnter” bəzi göstəricilərdə mövsümün rekordçusudur. Belə ki, komanda 17 matçı əhatə edən çempionatın ən uzun sürmüş məğlubiyyətsizlik seriyasının müəllifi oldu. Bundan başqa, buraxılan top sayına görə də “İnter” mövsümün lideridir. Sxadadzenin yetirmələri hamıdan az qol buraxdılar - 10. Bunun da 3-ü “Bakı” klubundan alınan texniki məğlubiyyət sayəsində qeydə alındı.

0
0