“Kəpəz”in 12 ildir nail ola bilmədiyi, yaxud “Xəzər Lənkəran”la AZAL-ın seriyası qırıldı
29.03.2012 - 09:51
Azərbaycan kubokunun son qalibi olan “Xəzər Lənkəran”ın seriyası qırıldı. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisinə ardıcıl 3-cü il yarımfinala çıxmaq nəsib olmayıb. Bunadək 2010 və 2011-ci illərdə finala kimi irəliləyən cənub klubu əvvəlcə “Bakı”ya əlavə vaxtda uduzmuş, ardından “İnter”ə oyun sonrası penaltilər seriyası ilə qalib gəlmişdi.
Ümumiyyətlə, “Xəzər Lənkəran” 8 illik tarixində 4 finalda oynayıb. Komanda 2007 və 2008-ci illərdə Ağasəlim Mircavadovun rəhbərliyi altında kuboku qazanıb. Yeri gəlmişkən, bunların birində qalib gəldiyi “İnter” lənkəranlılardan həm o, həm də son finaldakı məğlubiyyətin əvəzini çıxdı. Bu komandalar ilk dəfə kubokda 2005-ci ildə görüşüb və həmin vaxt – yarımfinalda indiki ssenari təkrarlanıb. Yəni onda da “İnter” “Şəfa” stadionunda minimal fərqlə qalib gəlmiş, Lənkəranda 1:1 hesablı bərabərliklə növbəti mərhələyə çıxmışdı.
¼ finalda mübarizəni digər dayandıranlara gəlincə, “Qəbələ” ötən mövsümdə də bu mərhələdə dayanmışdı. Komandanın 7 illik tarixində kubokda ən yüksək göstəricisi isə 2 dəfə yarımfinala çıxmaq olub. Bu, 2009 və 2010-cu illərdə reallaşıb. AZAL isə 2005-ci olduğu kimi, yenə “Bakı”nı keçə bilmədi. Fərq ondadır ki, həmin vaxt komanda “Olimpik” adlanırdı. Ümumiyyətlə, komanda AZAL-la adlanan vaxtdan son 2 ildə dalbadal yarımfinala çıxdığından, onun da seriyası qırıldı.
“Kəpəz” isə Azərbaycan kubokunun ən çox qaliblərindəndir. Gəncəlilər buna 4 dəfə kimi nail olduğu “Neftçi” tərəfindən mübarizədən kənarlaşdırıldı. Ümumiyyətlə, “Kəpəz” son dəfə 2000-ci ildə kuboku qazanandan sonra yarımfinala çıxa bilmir.
Mehman SÜLEYMANOV

0
0