Rza Çalımbay futbolçumuza şans vermədi
01.04.2012 - 03:47
Rza Çalımbay futbolçumuza şans vermədi
Azərbaycanın yığmasının üzvü Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" Türkiyə Superliqasında növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, 33-cü tur çərçivəsində “İstanbul BB”ni qəbul edən Sivas təmsilçisi məğlubiyyətlə üzləşib - 0:1. Baş məşqçi Rza Çalımbay bu oyunda Cihanı ehtiyatda saxlayıb.
“Sivasspor” hazırda 32 oyundan sonra 47 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.