Elçin Məmmədov: Bunun adı tərbiyəsizlikdir - MÜSAHİBƏ
02.04.2012 - 15:50
Elçin Məmmədov: Bunun adı tərbiyəsizlikdir - MÜSAHİBƏ
Azərbaycanlı futbol hakimi Elçin Məmmədovun apasport.az saytına müsahibəsi

- “İnter” klubunun AFFA və PFL-ə şikayət etməsindən xəbəriniz var? Onlar sizin “Xəzər Lənkəran” – “İnter” matçındakı idarəçiliyinizdən narazı qalıb...
- Xəbərim var, bilirəm. Bu, onların hüququdur. Qurumlara müraciət etmək hüquqlarından yararlanıblar.

- Bu şikayəti necə dəyərləndirirsiniz?
- Qarşılaşmada hər şey qaydalar çərçivəsində olub. Onların narazılıqları əsassızdır.

- “İnter” rəhbərliyi əsasən qırmızı vərəqlərdən narazılıq edir...
- Hər 2 qırmızı vərəqə qaydalar çərçivəsində verilib.

- Ümumilikdə, hakimlər briqadasının qarşılaşmanı yaxşı idarə etdiyini düşünürsünüz?
- Bəli. İdarəçilik tam qaydalara görə oldu.

- Elədirsə, “İnter” niyə sizdən şikayət edir?
- “İnter” rəhbərliyi futbolçularının tərbiyəsi ilə məşğul olsun.

- Deməli, “İnter”in futbolçularını tərbiyəsizlikdə ittiham edirsiniz...
- Futbolçu meydanda söyüş söyürsə, bunun adı tərbiyəsizlikdir. Gedib, bununla məşğul olsunlar.

- AFFA və PFL rəhbərliyinin “İnter”i şikayəti ilə bağlı hansı qərar çıxaracağını gözləyirsiniz?
- Bu, onların işidir. Onların öz səlahiyyətləri var. Bilirəm ki, oyunun idarəçiliyi qaydalar çərçivəsində olub.