“Qarabağ”a Tahir Gözəldən dəstək
06.04.2012 - 17:23
“Qarabağ”a Tahir Gözəldən dəstək
Premyer Liqanın XXVII turu çərçivəsində “İnter”lə oyunun hazırlıqlarını davam etdirən “Qarabağ”a komandanın vitse-prezidenti Tahir Gözəl dəstək olub. Apasport.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, “Şəfa” stadionunda məşqdən öncə soyunub-geyinmə otağına gələn klub rəsmisi futbolçularla bir-bir görüşüb, onlarla qısaca söhbət edib.

Futbolçularla hal-əhval tutan Gözəl “İnter”lə oyunöncəsi komandaya mənəvi dəstək olduğunu nümayiş etdirib. Ardınca o, məşqi də izləyib.

Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu sabah 16:00-da Şəfa stadionunda keçiriləcək.